Bəhreynin mədəniyyət
naziri Xalça Muzeyində olub
Mayın 20-də Bəhreyn Krallığının mədəniyyət naziri xanım Şeyxə May bint Məhəmməd Əl Xəlifə Azərbaycan Xalça Muzeyini ziyarət edib.
Xalqımızın qədim xalçaçılıq sənəti, onun tarixi, ənənələri ilə yaxından tanış olan qonaq həsirlərin, xovsuz xalça növləri sayılan “Şəddə” və “Zili” xalçalarının öz vətənində də məşhur olduğunu bildirib.
Maddi-mədəni irsimizlə yanaşı, muzey binasının orijinal görünüşü, qeyri-adi ekspozisiya zallarının quruluşu da qonaqda xoş təəssürat oyadıb.
Azərbaycan mədəniyyətinə
böyük diqqət və maraq göstərən xanım
Şeyxə May bint Məhəmməd Əl Xəlifəyə
qədim çeşni əsasında muzeydə toxunmuş
Qarabağın "Çələbi" xalçası, sənətşünaslıq
doktoru, professor Röya Tağıyevanın Qahirədə ərəb
dilində işıq üzü görmüş "Azərbaycan
xalçası" kitabı və muzeyin sertifikatı hədiyyə
edilib. Ərəb dilində olan kitab xanım Şeyxə May
bint Məhəmməd Əl Xəlifədə xüsusi maraq
oyadıb.
Mədəniyyət.- 2015.- 22 may.- S. 8.