Birbaşa
aviareyslər qarşılıqlı turist axınını
artırıb
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin Macarıstanın mədəniyyət üzrə dövlət katibi Piter Hoppal ilə görüşündə də iki ölkə arasında mövcud mədəni əlaqələr, bu sahədə reallaşdırılması nəzərdə tutulan layihələr müzakirə olunub.
Əbülfəs Qarayev diqqətə çatdırıb ki, Bakı-Budapeşt-Bakı birbaşa reysinin açılması macar turistlərinin Azərbaycana axınını xeyli artırıb. Bu həm də azərbaycanlıların Macarıstana səfərlərini asanlaşdırıb.
Nazir mədəni əlaqələrin genişləndirilməsi üçün Azərbaycan və macar ədəbi nümunələrinin tərcüməsinin vacibliyini vurğulayıb. Macarıstanın mədəniyyət üzrə dövlət katibi Piter Hoppal öz növbəsində bu məsələyə xüsusi diqqət ayrılmasının vacibliyini söyləyib. Bildirib ki, bu sahədə əməkdaşlığın genişləndirilməsi xalqlarımız arasında mədəni əlaqələrə müsbət təsir göstərəcək.
İki ölkə arasında elm və təhsil
sahəsində mövcud əlaqələrin
inkişafından söz açan qonaq hazırda 200 azərbaycanlı
tələbənin Macarıstan ali məktəblərində
təhsil aldığını deyib. Qonaq qeyd edib ki, bugünlərdə
Bakıda macar operası nümayiş etdirilib: “Biz ölkəmizə
məxsus mədəni nümunələrin Azərbaycanda təbliğinə
xüsusi önəm veririk”.
Mədəniyyət.- 2015.- 22 may.-
S. 5.