Dialoq Forumunun əhəmiyyəti
vurğulanıb
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Portuqaliyanın turizm üzrə dövlət katibi Adolfo Mesquita Nunes ilə görüşüb.
Görüşdə iki ölkə arasında
turizm sahəsində əlaqələrin inkişaf etdirilməsi
və turizm üzrə yeni layihələrin birlikdə həyata
keçirilməsi ilə bağlı müzakirələr
aparılıb. Söhbət zamanı həmçinin
Bakıda üçüncü dəfə keçirilən
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun
əhəmiyyəti vurğulanıb və bu tədbirin yeni
ideyalar ətrafında fikir mübadiləsi və onların tətbiqi
baxımından mühüm əhəmiyyət kəsb etdiyi
bildirilib.
Mədəniyyət.- 2015.- 22 may.-
S. 5.