Azərbaycan və
Litva arasında mədəniyyət və turizm əməkdaşlığı
genişlənir
III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkilatçılıq səviyyəsi gələn ay Bakıda I Avropa Oyunlarının da yüksək səviyyədə keçiriləcəyinə zəmin yaradır. Bu fikri Litva Respublikasının mədəniyyət naziri Şarunas Birutis mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşündə bildirib.
Görüşdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin imkanlarının gücləndirilməsi ilə bağlı Avropa İttifaqının Tvinninq layihəsinin uğurla başa çatmasından söhbət açılıb və yeni layihə haqqında məlumat verilib. Qeyd edək ki, Litva bu layihədə Avropa İttifaqı tərəfdən əsas iştirakçıdır.
Söhbət zamanı Azərbaycan və Litva
arasında mədəniyyət sahəsində mübadilənin
həyata keçirilməsi təklifləri irəli
sürülüb. Eyni zamanda qarşılıqlı mədəniyyət
günlərinin keçirilməsi, konsertlərin təşkil
olunması kimi məsələlər də müzakirə
olunub.
Mədəniyyət.- 2015.- 22 may.-
S. 5.