Azərbaycanla
Şri-Lanka arasında mədəni əlaqələr qurulacaq
Mədəniyyət və turizm naziri
Əbülfəs Qarayevlə Şri-Lankanın mədəniyyət
naziri Nandilmitra Ekanayake arasında görüş
keçirilib. Forumda iştirakında məmnunluğunu bildirən
qonaq iki ölkə arasında mədəni əlaqələrin
qurulmasından bəhs edib. Söhbət zamanı Azərbaycan
və Şri-Lanka arasında mədəniyyət sahəsində
mübadilənin həyata keçirilməsi təklifləri
irəli sürülüb. Həmçinin iki dövlət
arasında müxtəlif sərgilərin təşkil
olunması və mədəni təqdimatların
nümayişi kimi məsələlər də müzakirə
olunub.
Mədəniyyət.- 2015.- 22 may.-
S. 5.