Banqladeşdə
sənət sərgilərinin keçirilməsi müzakirə
edilib
Banqladeş Xalq Respublikasının mədəniyyət
işləri naziri Asaduzzaman Nur mədəniyyət və
turizm naziri Əbülfəs Qarayevlə
görüşündə III Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunun əhəmiyyətindən söhbət
açıb, tədbirə dəvətə görə təşəkkürünü
bildirib. O, gələcəkdə də belə tədbirlərin
təşkilinin vacibliyini vurğulayıb. Görüşdə
iki ölkənin mədəni əlaqələri ilə
bağlı fikir mübadiləsi aparılıb. Gələcəkdə
Banqladeşdə Azərbaycanın əl sənətkarlığı
nümunələri və rəsm əsərləri sərgilərinin
keçirilməsi təklifləri müzakirə edilib.
Mədəniyyət.- 2015.- 22 may.-
S. 5.