Tələbələr
Bakı Turizm İnformasiya Mərkəzində təcrübə
keçirlər
Bakı Turizm İnformasiya Mərkəzi və
Azərbaycan Turizm və Menecment Universiteti arasında
bağlanmış əməkdaşlıq müqaviləsinə
əsasən, hər il tədris ocağının 10-a
yaxın tələbəsi mərkəzdə istehsalat təcrübələri
keçir. Bakı Turizm İnformasiya Mərkəzinin mütəxəssisləri
tərəfindən tələbələrin istehsalat təcrübəsi
keçməsi üçün lazımi köməkliklər
göstərilir.
Mədəniyyət.- 2015.- 22 may.-
S. 3.