68-ci Kann
kinofestivalı başa çatdı
“Qızıl palma budağı”nı fransız Jak Odiar qazandı
Mayın 13-dən start götürmüş 68-ci Kann film festivalı 24-də öz işini yekunlaşdırıb.
Dünyanın ən nüfuzlu kinofestivalının baş mükafatına - “Qızıl palma budağı”na fransız rejissor Jak Odiarın “Erran” filmi layiq görülüb. Bu, məşhur rejissorun Kann kinofestivallarında qazandığı ilk mükafat deyil. O, bir neçə il əvvəl “Peyğəmbər” filminə görə festivalın Qran-pri mükafatını (“Gümüş palma budağı”) almışdı.
Budəfəki festivalın Qran-pri sahibi isə macar rejissor Laslo Nemeşin “Sın Saula” adlı debüt filmi olub.
“Ən yaxşı rejissor” nominasiyasında Xou Syaosan “Qatil” filminə görə mükafatlandırılıb. Münsiflər heyətinin xüsusi mükafatı yunan rejissoru Yorqos Lantimosa (“Lobster” filmi) verilib.
Festivalın “Ən yaxşı kişi rolu” nominasiyasının qalibi Vensan Lendon (“Bazar qanunu” filmi) olub, Runi Mara və Emmanuel Berko isə “Ən yaxşı qadın rolu” nominasiyasında mükafatları bölüşüblər. “Ən yaxşı ssenari” nominasiyasında amerikalı Mişel Frankonun “Salnaməçi” filmi fərqlənib.
Fəxri “Qızıl palma budağı” klassik
fransız kinosunun və “Sol sahil” rejissorlar qrupunun nümayəndəsi
Anyes Vardaya təqdim edilib.
Mədəniyyət.- 2015.- 27 mart.-
S. 16.