Tələbə
gənclər arasında jurnalistikanın təbliği
«RUH» Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi (AJMK) Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Tələbə gənclər arasında demokratik proseslərin dərinləşməsinə dəstək məqsədilə jurnalistikanın təbliği” layihəsini həyata keçirir. Layihə çərçivəsində növbəti görüş mayın 20-də Təfəkkür Universitetində gerçəkləşib.
Görüşdə çıxış edən universitetin rektoru, professor Müşfiq Atakişiyev layihənin aktuallığını qeyd edib. «RUH» AJMK-nın icraçı direktoru layihə barədə ətraflı məlumat verib, indiyədək Gəncə Dövlət Universiteti, Mingəçevir Politexnik İnstitutu, Azərbaycan Müəllimlər İnstitutunun Quba filialında görüşlər keçirildiyini diqqətə çatdırıb. Azərbaycan Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadə çıxışında jurnalistikanın cəmiyyət həyatında rolundan bəhs edib.
Maraqlı müzakirə şəraitində
keçən görüşdə tələbələrə
internet media sahəsində hazırkı durum, KİV-lərin
müxtəlif məsələlərə yanaşma tərzində
peşəkarlıq xüsusiyyətləri, Azərbaycanda
mediaya dövlət dəstəyinin istiqamətləri barədə
geniş məlumat verilib.
Mədəniyyət.- 2015.-27 may.-
S. 15.