Birləşmiş
Ərəb Əmirliyinin diplomatı ATMU-da qonaq olub
Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) rektoru, professor Cəfər Cəfərov mayın 21-də Birləşmiş Ərəb Əmirliyinin ölkəmizdəki səfirinin müavini Abdulla Qasım Əl Şəmsi ilə görüşüb.
Rektor söhbət əsnasında universitetin inkişafını şərtləndirən amillər, o cümlədən tərəfdaş xarici ölkə ali məktəbləri ilə təhsil-təcrübə-müəllim mübadiləsi sahəsində bağlanmış müqavilələrin üstünlüklərindən bəhs edib. Görüş zamanı həmçinin Azərbaycanda və Birləşmiş Ərəb Əmirliyində turizmin müasir vəziyyəti, inkişaf istiqamətləri kontekstində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.
F.Abdullayeva
Mədəniyyət.- 2015.- 27 may.-
S. 7.