Kazanda Türk
Dünyası Jurnalistləri Şurasının
toplantısı
Tatarıstanın Kazan şəhərində Türk Dünyası Jurnalistləri Şurasının II toplantısı keçirilir. Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov toplantıda iştirak edir. Şura sədri 20 ölkədən 200-dən artıq nümayəndənin iştirak etdiyi tədbirdə qloballaşan dünyada ənənəvi mediadan onlayn mediaya keçidin xüsusiyyətlərinə, türk dünyası mediasının mövcud dünya düzənində roluna dair məruzə edəcək.
Mayın 29-dək davam edəcək tədbirdə
dünyada söz və ifadə azadlıqlarının vəziyyəti
ilə bağlı hesabatlar açıqlanacaq, türk dünyasının
müştərək problemlərinə münasibətdə
kütləvi informasiya vasitələrinin səfərbəredici
missiyasına nəzər salınacaq. Səfər çərçivəsində
Tatarıstan Respublikasının rəsmiləri, ictimaiyyət
nümayəndələri ilə görüşlər də
nəzərdə tutulur. Qeyd edək ki, Türk Dünyası
Jurnalistləri Şurasının ilk toplantısı ötən
il Əskişəhərdə (Türkiyə) keçirilib.
Mədəniyyət.- 2015.- 27 may.-
S. 5.