Mikayıl
Müşfiqin xatirə muzeyi fəaliyyətini genişləndirəcək
Xızı rayonuna səfər zamanı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin rayonun Sayadlar kəndindəki xatirə muzeyini ziyarət edib. Nazir muzeyin hazırkı vəziyyəti ilə maraqlanıb, ekspozisiyalara baxıb.
Nazirə muzeydə keçirilən tədbirlər haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, ölməz şairin xatirəsi bu bölgəyə səfər edən yerli və xarici vətəndaşlar tərəfindən hər zaman əziz tutulur, Müşfiq ocağına ziyarət heç vaxt azalmır.
Nazir həmçinin muzeyin iş şəraiti,
əməkdaşların iş prosesi barədə də məlumatlandırılıb.
Əbülfəs Qarayev muzeyin ərazisinin genişləndirilməsi,
yeni inzibati otaqların tikilməsi üçün tədbirlər
planının hazırlanması haqqında
tapşırıqlar verib. Eyni zamanda, muzeyin ekspozisiyasında
olan əsərlərin mühafizəsi ilə bağlı
göstəriş verilib. Şairin irsinin geniş təbliğ
olunması ilə bağlı müxtəlif dillərdə
çap məhsullarının hazırlanması tövsiyə
olunub.
Mədəniyyət.- 2015.- 27 may.-
S. 3.