Tələbələrimiz ABŞ-da mədəniyyət festivalında iştirak ediblər

ABŞ-ın İllinoys ştatındakı Kompüter Sistemləri İnstitutunda (CSİ) ənənəvi beynəlxalq mədəniyyətlər festivalı keçirilib. Bu ali məktəbin tələbələrinin iştirak etdiyi festivalda dünya mədəniyyətini təmsil edən müxtəlif eksponatlar nümayiş olunub. Azərbaycan mədəniyyətinə həsr edilmiş guşədə ölkəmizi institutda oxuyan soydaşlarımız, həmçinin Çikaqo və onun ətraf bölgələrində yaşayan azərbaycanlı icmasının üzvləri təmsil ediblər.

Xatırladaq ki, azərbaycanlı icmasının üzvləri artıq dörd ildir, bu festivalda iştirak edir. Onlar bu vəsilə ilə Amerika ictimaiyyətini ölkəmiz barədə məlumatlandırırlar.

 

Mədəniyyət.- 2015.- 4 noyabr.- S. 12.