Azərbaycan
Konqreslər Bürosu İCCA-nın illik toplantısında
Ölkəmizdə turizmin davamlı inkişafı istiqamətində çalışan Azərbaycan Konqreslər Bürosu (AKB) Beynəlxalq Konqres və Konvensiya Assosiasiyasının (İCCA) növbəti illik toplantısında təmsil olunur.
İCCA-nın 54-cü illik konqresi 1-4 noyabr tarixlərində Argentinanın Buenos-Ayres şəhərində keçirilir. AKB beynəlxalq assosiasiyaya 2014-cü ilin yanvarında üzv olub. Tədbirdə qurumun icraçı direktoru Florian Sengstschmid iştirak edir. O, büronun ölkəmizdə biznes turizminin inkişafı sahəsində gördüyü işlər barədə məlumat verib.
Tədbirdə Azərbaycan Konqreslər Bürosu ilə yanaşı İCCA-nın ölkəmizdəki digər üzvü - Heydər Əliyev Mərkəzi də təmsil olunur.
Xatırladaq ki, İCCA dünyanın turizm və görüşlər sahəsində fəaliyyət göstərən ən nüfuzlu təşkilatlarından biridir və onun sıralarına 90 ölkədə fəaliyyət göstərən 1000-dən çox görüşlər sənayesi bazarı təmsilçiləri daxildir. Əsas məqsədi beynəlxalq konqreslərin təşkilatçıları və bu kimi tədbirləri öz ölkələrinə cəlb etmək istəyən təşkilatları bir araya gətirmək və dünyada mütəmadi baş verən beynəlxalq tədbirlərin məlumat bazasını daima yeniləməkdir.
İki ildir fəaliyyət göstərən
Azərbaycan Konqreslər Bürosu müxtəlif ölkələrdə
hədəf bazarlarla əlaqə qurur, bazar
iştirakçılarını ölkəyə cəlb etmək
və görüşlər sənayesi bazarı
iştirakçıları ilə əməkdaşlıq etmək
üçün beynəlxalq tədbirlərdə iştirak
edir.
Mədəniyyət.- 2015.- 4
noyabr.- S. 4.