Azərbaycan
poeziyasında təsəvvüf
AMEA-nın Ədəbiyyat İnstitutunun əməkdaşı
Xuraman Hümmətovanın “Azərbaycan şeirinin poetik
qaynağında təsəvvüf (XII-XVI əsrlər)”
kitabı nəşr olunub. Kitabın elmi redaktoru akademik
İsa Həbibbəylidir. Monoqrafiyada Azərbaycan ədəbiyyatının
keçdiyi uzun bir dövrdə (XII-XVI əsrlər) təsəvvüflə
ədəbiyyatı birləşdirən, onları milli
düşüncənin vahid axarına salıb qovuşduran,
yeni keyfiyyət və məzmun daşıyan hadisəyə
çevirən amillər: araşdırılıb. “Təsəvvüf
ədəbiyyatı” adı altında yaranan təlimin Azərbaycan
ədəbiyyatı tarixinədək roluna aydınlıq gətirilib.
Mədəniyyət.- 2015.- 4
noyabr.- S. 14.