Özbəkistan
mediasında Azərbaycanın kəlağayı sənəti
haqqında məqalə
Ölkəmizin Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə silkway.uz, 1news.uz saytlarında “Kəlağayı - Azərbaycanın milli qadın baş örtüyü” adlı məqalə dərc olunub.
Məqalədə qeyd edilir ki, hər bir xalqın milli geyimində dünyada tanınmış müəyyən elementlər var: məsələn, yəhudi təsəyi, Meksika sombrerosu, özbək araxçını, Azərbaycan kəlağayısı. Yazıda kəlağayı haqqında geniş məlumat verilir. Bildirilir ki, ipəkdən hazırlanan kəlağayı Azərbaycanda geniş yayılıb. Kəlağayının üzərində süjetli quş təsvirləri, qızılgül, qərənfil, lalə, zanbaq, nərgiz, nar, heyva və müxtəlif formalı yarpaqlar əks olunur.
Həmçinin vurğulanır ki, Böyük İpək yolunun üzərində yerləşən ölkəmizin iqlim şəraiti burda ipəkqurdunun yetişdirilməsinə şərait yaradıb və heç də Çin ipəyindən geri qalmayan Azərbaycan ipəyi hazırlanıb. Orta əsrlərdən ənənəvi ipək parça mərkəzləri təşəkkül tapıb, Basqal, Gəncə, Şəki və digər yerlərdə ipək istehsalı geniş yayılıb.
Müəllif sonda qeyd edir ki, UNESCO Hökumətlərarası
Komitəsinin 2014-cü il noyabrın 26-da keçirilən
iclasında Azərbaycan kəlağayı sənəti “Kəlağayı
simvolizmi və ənənəvi sənəti” adı ilə
UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ
siyahısına daxil edilib.
Mədəniyyət.- 2015.- 6
noyabr.- S. 11.