Ədəbiyyat, musiqi, təsviri sənət və gənclik

 

Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə gerçəkləşən “Ədəbiyyat, musiqi, təsviri sənət və gənclik” adlı layihə çərçivəsində silsilə tədbirlər keçirilir.

Noyabrın 5-də keçirilən ilk tədbir “Estetik dəyərlərin harmoniyası” mövzusuna həsr edilib. Noyabrın 6-7-də keçiriləcək tədbirlərdə isə “Ədəbiyyat, musiqi, təsviri sənət: gəncliyin peşəkarlıq arayışı” mövzusunda dəyirmi masa və müzakirələr təşkil olunacaq.

Tədbirlər çərçivəsində iştirakçılar bir sıra muzeyləri ziyarət edəcək, habelə tanınmış sənət xadimləri ilə görüşlər keçirəcəklər.

 

Mədəniyyət.- 2015.- 6 noyabr.- S. 6.