Azərbaycan mədəniyyəti Şanxayda tələbə festivalında təbliğ olunub

 

Çin Xalq Respublikasının Şanxay şəhərindəki Donxua Universitetində tələbələrin ənənəvi beynəlxalq mədəniyyət festivalında Azərbaycan uğurla təmsil olunub.

Universitetin azərbaycanlı fəal tələbələrindən Adil Süleymanov və İlkin Abdullayevin, habelə Şanxayda təhsil alan digər gənclərimizin dəstəyi ilə təşkil olunan stenddə Azərbaycanın zəngin mədəniyyətinə, tarixinə və turizm imkanlarına, ölkənin görməli yerlərinə dair müxtəlif nəşrlər, fotolar, milli suvenirlər nümayiş olunub.

Azərbaycan stendini ziyarət edənlərə ölkəmizin son illər müxtəlif sahələrdə qazandığı nailiyyətlər haqqında məlumat verilib. Ziyarətçilərə milli yeməklərimiz, şirniyyatlar təklif edilib. Tələbələrimizin ifasında milli rəqslərimiz festival iştirakçılarının marağına səbəb olub.

 

Mədəniyyət.- 2015.-  6 noyabr.- S. 5.