Görkəmli
memarın yubileyi qeyd olunub
Noyabrın 5-də Tərtər rayon Mərkəzi kitabxanasında görkəmli memar, akademik Mikayıl Hüseynovun anadan olmasının 110 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.
MKS-nin direktoru Ulduzə Qurbanova Mikayıl Hüseynovun 110 illik yubileyinin qeyd olunması haqqında ölkə Prezidentinin imzaladığı sərəncamı diqqətə çatdırıb.
Mərkəzi kitabxananın müdiri Şəlalə
Əliyeva memar haqqında məruzə ilə
çıxış edib. Metodika və biblioqrafiya şöbəsinin
müdiri Ətrabə Süleymanova Mikayıl Hüseynovun
yaratdığı, layihələndirdiyi möhtəşəm
binalar haqqında məlumat verib. Tədbirdə “Akademik
Mikayıl Hüseynov - 110” başlıqlı sərgi
nümayiş olunub.
Mədəniyyət.- 2015.- 11
noyabr.- S. 15.