Xalça Muzeyində
balacaların əl işləri nümayiş olunub
Noyabrın 7-də
Azərbaycan Xalça Muzeyinin uşaq muzeyi şöbəsi
Dövlət Bayrağı Günü münasibətilə
“Dalğalanan bayrağım” adlı tədbir keçirib.
Tədbirdə şöbənin dərnək üzvlərinin əl işlərindən ibarət rəsm sərgisi və dekorativ-tətbiqi sənət nümunələri nümayiş olunub.
“Dalğalanan bayrağım” adlı intellektual oyun, “Naxışlar aləminə səyahət”, “Özün toxu”, “Öz xalçanı yarat” və “Face-art” adlı təqdimatlar tədbirdə iştirak edən müxtəlif məktəblərin şagirdləri tərəfindən maraqla qarşılanıb. Çıxışlarda tariximiz, milli dəyərlərimiz, adət-ənənələrimiz barədə söz açılıb.
Sonra tədbirdə şagirdlərin ifasında
bayraq gününə aid mahnılar və şeirlər səsləndirilib.
Mədəniyyət.- 2015.- 11
noyabr.- S. 13.