Uşaq musiqi məktəbində
bayram tədbiri
Noyabrın 7-də paytaxtın Pirallahı rayonu 14 nömrəli uşaq musiqi məktəbində Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib.
Məktəbin xalq çalğı alətləri şöbəsinin müəllimi Şəhriyar Zeynalov üçrəngli bayrağımızın tarixindən, ifadə etdiyi dəyərlərdən bəhs edib. Şagirdlər arasında Azərbaycan dövlətinin rəmzləri barədə sual-cavab keçirilib.
Sonra söz musiqiyə verilib. Məktəbin xor kollektivinin ifasında "Ana Vətən" və "Qoy həmisə günəş olsun" mahnıları səsləndirilib. Fortepiano şöbəsinin şagirdləri Azərbaycan və dünya bəstəkarlarının əsərlərini ifa ediblər.
Sonda məktəbin direktoru N.Mürsəlov
bütün iştirakçıları bayram münasibətilə
təbrik edib.
Mədəniyyət.- 2015.-11
noyabr.- S. 12.