Nizami Kino Mərkəzində növbəti sosial aksiya

 

Nizami Kino Mərkəzi dövlət sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında ekranlaşdırılan “Axırıncı dayanacaq” bədii filmini əlil və qocalar evinin sakinləri üçün nümayiş etdirib.

İlqar Fəhminin ssenarisi əsasında rejissor Fikrət Əliyevin ironik komediya janrında çəkdiyi film qocalar evinə düşmüş keçmiş polkovnikin həyatından bəhs edir.

Filmin quruluşçu operatoru Kənan Məmmədov, quruluşçu rəssamı İbrahim Xəlil Əminov, icraçı prodüseri Ülvi Qasımovdur. Rollarda xalq artistləri Fuad Poladov, Ağaxan Salmanlı, Tariyel Qasımov, Arif Quliyev, əməkdar artistlər Zemfira Sadıqova, Tofiq Hüseynov və başqaları çəkiliblər.

Filmin nümayişindən sonra əlil və qocalar evinin rəhbərliyi kino mərkəzinin əməkdaşlarına təşəkkürlərini bildirib və belə sosial aksiyaların mütəmadi keçirilməsini arzu ediblər.

 

Mədəniyyət.- 2015.- 11 noyabr.-  S. 7.