ADA Universitetinin tədris
proqramlarının təqdimatı
Noyabrın 10-da Mədəniyyət və Turizm Nazirliyində ADA Universitetinin tədris proqramları ilə bağlı təqdimat keçirilib.
Tədbiri Elm, təhsil və gənclərlə iş şöbəsinin Təhsil və gənclərlə iş sektorunun müdiri Lalə Kərimova açaraq iştirakçıları salamlayıb. Universitetin Tələbə qəbulu şöbəsinin əməkdaşı Aytəkin Hüseynova tədris ocağının yaranması və keçdiyi inkişaf yolundan danışıb.
Universitetə magistraturaya qəbul qaydaları, ixtisaslar, xaricdə təhsil, təcrübə mübadiləsi, tələbələr üçün karyera hazırlıq mərkəzi, təqaüd proqramları, iş imkanları, dil kursları və digər məsələlərlə bağlı ətraflı məlumatlar verilib.
Sonra nazirliyin əməkdaşlarına universitetin magistratura proqramları təqdim edilib və qəbul qaydaları izah olunub.
Təqdimat interaktiv qaydada keçirilib və
iştirakçıları maraqlandıran suallar
cavablandırılıb.
Mədəniyyət.- 2015.- 11
noyabr.- S. 5.