Füzuli Dram
Teatrı məktəbdə tamaşa göstərib
Füzuli Dövlət Dram Teatrı Hüseynbala Mirələmovun "Xəcalət” tamaşasını məcburi köçkünlərin məskunlaşdığı Zobucuq-3 qəsəbəsində yerləşən 33 saylı tam orta məktəbin kollektivinə təqdim edib.
Tamaşanın quruluşçu rejissoru Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir. Əsas rollarda Əli Hüseynov, Sevinc Məmmədova, Elçin Məmmədov, Sehran Xanlarov, Fatimə Səfərəliyeva, Elşən Gözəlov çıxış ediblər.
Tamaşadan sonra çıxış edən məktəbin
direktor müavini Taleh Qurbanov səhnə əsərinin
kollektiv tərəfindən bəyənildiyini deyib. Bildirib ki,
vətənpərvərlik mövzusunda olan belə
tamaşalar şagirdlərin təlim-tərbiyəsi
baxımından əhəmiyyət kəsb edir.
Mədəniyyət.- 2015.- 11
noyabr.- S. 4.