Konqreslər Bürosu Dünya Turizm Sərgisində

 

Ölkəmizdə işgüzar turizmin inkişafı üzrə strategiyanın həyata keçirilməsi məqsədilə yaradılan Azərbaycan Konqreslər Bürosu (AKB) 2-5 noyabr tarixlərində Londonda keçirilən Dünya Turizm Sərgisində ilk dəfə təmsil olunub. Sərgiyə AKB-nin beynəlxalq satış və marketinq üzrə meneceri Ayan Zeynalova qatılıb.

Məqsəd Böyük Britaniyanın görüşlər sənayesinin ölkəmiz üçün aça biləcəyi perspektivləri öyrənmək olub. Sərgi zamanı həm ölkəmizin turizm imkanlarını əks etdirən stend çərçivəsində, həm də stenddən kənar görüşlər keçirilib.

2013-cü ilin sonlarında Azərbaycana irimiqyaslı beynəlxalq tədbirlərin cəlb edilməsi, Azərbaycanın beynəlxalq tədbirlərin keçirilməsi üçün inkişaf edən məkan kimi təbliğ və təqdim edilməsi məqsədilə yaradılan AKB müxtəlif ölkələrlə işləyir, hədəf bazarlarla əlaqələr qurur.

 

Mədəniyyət.- 2015.-  11 noyabr.- S. 4.