Rus Dram Teatrı qastrol səfərində

 

Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının kollektivi Rusiyanın Sankt-Peterburq şəhərinə qastrol səfərinə gedib.

Qastrol zamanı Vasilevskidəki Dövlət Dram Teatrının səhnəsində 2 tamaşa nümayiş etdiriləcək.

Noyabrın 11-də Xalq artisti, teatrın baş rejissoru Aleksandr Şarovskinin quruluşunda Mixail Lermontovun "Maskarad" tamaşası oynanılacaq. Bu tamaşada rejissor həm də Arbenin rolunu ifa edir. Xatırladaq ki, əsər böyük rus şairi, yazıçı və dramaturq M.Lermontovun (1814-1841) 200 illik yubileyi münasibətilə tamaşaya qoyulub.

Noyabrın 12-də isə Sankt-Peterburq teatrsevərləri A.Şarovskinin quruluşunda məşhur fransız dramaturqu Jan Rasinin "Fedra" tamaşasını izləyəcəklər.

Qastrol səfəri noyabrın 13-də başa çatacaq.

Hər iki tamaşa Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanıb.

 

Mədəniyyət.- 2015.- 11 noyabr.- S. 3.