Hüseyn Cavid yaradıcılığı və dünya ədəbiyyatında demonizm

 

Noyabrın 12-də Beynəlxalq Mətbuat Mərkəzində Cavidşünas, filologiya elmləri doktoru, filoloq-tarixçi, professor Əjdər Tağıoğlunun (İsmayılov) “Hüseyn Cavid yaradıcılığı və dünya ədəbiyyatında demonizm ənənəsi” kitabının təqdimatı keçirilib.

Filologiya elmləri doktoru, professor Qəzənfər Kazımov kitabın 1991-ci il kiril qrafikalı nəşri əsasında latın qrafikasında yenidən nəşr olunmasını təqdirəlayiq hesab edib. Vurğulanıb ki, kitabda müəllif zəngin elmi-nəzəri, mifoloji və ədəbi materiallardan təhlil yolu ilə məharətlə istifadə edərək Azərbaycan və dünya romantizminin ictimai və estetik mahiyyətini açmaqla yanaşı, Cavid yaradıcılığını klassik ənənəyə bağlayan cəhətləri müəyyənləşdirməyə çalışıb.

Filologiya elmləri doktoru, professor Tofiq Hüseynov kitab haqqında fikirlərini bölüşərək nəşrin Cavidşünaslıqda bir yenilik olduğunu bildirib.

Sonda müəllif tədbirin iştirakçılarına minnətdarlığını bildirib.

 

Mədəniyyət.- 2015.- 13 noyabr.-  S. 13.