İşıqlı
və xoşbəxt həyat naminə
Lənkəran şəhər Heydər Əliyev Mərkəzində “Uşaq hüquqları aylığı” (20 oktyabr - 20 noyabr) çərçivəsində “İşıqlı və xoşbəxt həyat naminə” devizi altında istedadlı uşaqların əl işlərindən ibarət sərginin təqdimatı keçirilib. Şəhər İcra Hakimiyyəti, Mədəniyyət və Turizm Şöbəsi ilə birgə təşkil olunan tədbirdə müxtəlif məktəblərdə təhsil alan, Heydər Əliyev Mərkəzinin rəsm studiyasında çalışan istedadlı uşaqların rəsm əsərləri nümayiş etdirilib.
* * *
Noyabrın 11-də Ağcabədi şəhər
2 saylı ümumorta məktəbində "Uşaq
hüquqları" başlığı altında sərgi təşkil
edilib. MKS-nin direktor müavini Təranə Məmmədova tədbiri
açaraq bildirib ki, Azərbaycan 1992-ci ildə BMT-nin “Uşaq
hüquqları haqqında” Konvensiyasına, 2002-ci ildə isə
Konvensiyanın 2 əlavə protokoluna qoşulub. Dövlət
uşaqların həyatının mühafizəsi və
sağlam inkişafını təmin edir. Tədbirin sonunda
informasiya-resurs şöbəsinin hazırladığı
“Uşaq hüquqları” adlı vəsait uşaqlara hədiyyə
edilib.
Mədəniyyət.- 2015.- 13
oktyabr.- S. 11.