Azərbaycan və
Sloveniya turizm şirkətlərinin görüşü
Noyabrın 11-də “JW Marriott Absheron Baku” mehmanxanasında Azərbaycanın və Sloveniyanın aparıcı turizm şirkətləri arasında görüş keçirilib. Görüşdə Sloveniya Turizm Agentliyi və “B2B Luxury & Mice Workshop” turizm təşkilatı iştirak edib.
Tədbirdə Sloveniyanın turizm potensialının təqdimatı olub. Bu ölkədə turizmin müxtəlif növləri, sağlamlıq turizmi mərkəzləri, termal şəhərlər və s. haqqında məlumat verilib.
Həmçinin yerli turizm şirkətləri
ilə Sloveniya hotelləri, sağlamlıq mərkəzləri,
spa-kurortların təmsilçiləri və turizm şirkətlərinin
nümayəndələri arasında işgüzar
görüşlər təşkil edilib. İki ölkə
arasında turist mübadiləsinin həyata keçirilməsi
ilə bağlı cəlbedici təkliflər irəli
sürülüb.
Mədəniyyət.- 2015.- 13 noyabr.- S. 9.