ATMU-da Konstitusiya
Günü qeyd olunub
Noyabrın 11-də Turizm və Menecment Universitetində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Prezident yanında Bilik Fondu ilə birgə 12 noyabr - Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan ATMU-nun rektoru, professor Cəfər Cəfərov 1995-ci ilin 12 noyabr tarixində ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Konstitusiyasının qəbul olunduğunu, bununla ölkəmizin gələcək inkişafının hüquqi əsaslarının yaradıldığını bildirib.
Azərbaycan Konstitusiya Məhkəməsi Aparatının şöbə müdiri Dürdanə Məmmədova, Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev Konstitusiyamızın hər bir ölkə vətəndaşına verdiyi böyük hüquqlardan danışıblar.
Qeyd edilib ki, müstəqil Azərbaycanın ilk Konstitusiyası xalqımızın tarixi dövlətçilik ənənələrinin inkişafında və milli şüurun oyanışında əvəzsiz rol oynamaqla bərabər, dünyəvi, hüquqi dövlətin də bünövrəsini qoyub.
Konstitusiya Məhkəməsi Aparatının şöbə müdiri Səbinə Babayeva, AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun aparıcı elmi işçisi, hüquq üzrə fəlsəfə doktoru Nazim Əliyev və ATMU-nun ictimai fənlər kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru İbrahim Əliyev məruzə ilə çıxış ediblər.
Fariz Hüsaeynov
Mədəniyyət.- 2015.- 13
noyabr.- S. 7.