“Hacı Qara” Sumqayıt səhnəsində

 

Sumqayıt Dövlət Dram Teatrında yeni tamaşa hazırlanır. Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-mərdi-xəsis” komediyası əsasında hazırlanan “Hacı Qara” tamaşasına bugünlərdə daxili baxış keçirilib.

Tamaşaya teatrın baş rejissoru, Əməkdar artist Firudin Məhərrəmov quruluş verir. Əsas rolları Akif Mirzəyev, Əməkdar artist İlham Səfərli, Cəlal Məmmədov, İlahə Vilayətqızı, İlahə Səfərova, Rövşən Əsgərov, Mətləb Səfərli canlandırırlar. Daxili baxışdan sonra keçirilən müzakirədə teatrın direktoru İslam Həsənov, aktyorlardan Məzahir Süleymanov, Şahmar Qəribli, Namis Şirməmmədov, Ulduzə Nəsir, İzaməddin Bağırov və başqaları çıxış edib. Yaxın günlərdə tamaşanın premyerası keçiriləcək.

 

Mədəniyyət.- 2015.- 13 noyabr.- S. 6.