Mingəçevirdə
“şəhər günü”nə “Təbəssüm”lə təbrik
Noyabrın 11-də Mingəçevir şəhərinin yaranmasının 67-ci ili tamam olub. Bu münasibətlə Mingəçevir Dövlət Dram Teatrında səhnələşdirilən “Təbəssüm” tamaşasına ictimai baxış olub. Əşrəf Əsgərovun yazdığı, Xalq artisti Zülfüqar Abbasovun quruluş verdiyi tamaşanı Mingəçevir şəhər rəhbərliyi, şəhər ictimaiyyəti maraqla izləyib. Tamaşa şəhərin 80-90-cı illərdə inkişaf yolunu əks etdirir.
Mingəçevir Dram Teatrında hazırda dörd yeni tamaşanın məşq prosesi gedir. İlqar Fəhminin “Son reportaj”, Xatirə Röyanın “Xalidənin taleyi”, Pərvinin “Dəcəl keçi” əsərlərinə Bəhram Osmanovun quruluşunda eyniadlı tamaşalar hazırlanır. Hər üç tamaşa noyabr ayının sonuna qədər tamaşaçıların ixtiyarına veriləcək.
Cavid Atayın “Pusquda” əsərinə isə
Xəzər Gəncəli quruluş verir. Bu tamaşa da ilin
sonunadək tamaşaçılara təqdim olunacaq.
Mədəniyyət.- 2015.- 13
noyabr.- S. 6.