Kitabxanaçılar
avtomatlaşdırılmış sistemlə tanış
olurlar
Milli Kitabxanada treninqlər davam edir
Kitabxanalarda yeni
avtomatlaşdırılmış kitabxana sistemi olan ALISA
proqramının tətbiqi ilə bağlı M.F.Axundzadə
adına Azərbaycan Milli Kitabxanasında təşkil edilən
treninqlər davam edir.
Növbəti 10 günlük treninqə Qubadlı, Cəbrayıl, Samux, Qazax, Naftalan, Goranboy rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin mütəxəssisləri və kitabxanaçıların ixtisasartırma kursunda iştirak edən nümayəndələr qatılıb. İştirakçılar ALISA proqramında işləməklə yanaşı, MARC 21 formatını öyrənərək yerlərdə tətbiq edəcəklər.
Milli Kitabxananın direktoru, professor Kərim
Tahirov dinləyicilərlə görüşdə
çıxış edərək mütəmadi olaraq təşkil
edilən treninqlərin kitabxananın və ALISA
proqramını hazırlamış “Ultra” şirkətinin
mütəxəssisləri tərəfindən
aparıldığını diqqətə
çatdırıb. Bildirilib ki, treninqi müvəffəqiyyətlə
başa vuranlara sertifikatlar təqdim ediləcək.
Mədəniyyət.- 2015.- 13
noyabr.- S. 4.