İstehlakçı
hüquqlarının müdafiəsi prioritet vəzifədir
Noyabrın 11-də Azərbaycan Turizm və Menecment Universitetində xidmət mühəndisliyi fakültəsi tələbələrinin iştirakı ilə seminar keçirilib. İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti əməkdaşlarının “İstehlakçı hüquqlarının müdafiəsi prioritet vəzifəmizdir” mövzusuna həsr etdikləri seminarı fakültənin dekan müavini Anar Fərmayılov giriş sözü ilə açıb.
Tədbirdə Antiinhisar Siyasəti və
İstehlakçıların Hüquqlarının Müdafiəsi
Dövlət Xidmətinin rəis müavini Araz Əliyev və
qurumun sektor müdiri Yusif Hüseynov mövzu üzrə
çıxış ediblər.
Mədəniyyət.- 2015.- 13
noyabr.- S. 4.