Danimarkada mədəniyyət
festivalında Azərbaycan guşəsi xüsusi rəğbət
görüb
Danimarkanın Lyngby şəhər kitabxanasında təşkil olunmuş “Kulturfestival-2015” beynəlxalq mədəniyyət festivalında Azərbaycan da təmsil olunub. Festivalda Danimarkada fəaliyyət göstərən “Vətən” cəmiyyəti iştirak edib.
Beynəlxalq tədbir Frederiksberg bələdiyyəsinin İnteqrasiya Şurası və Lyngby şəhər Mərkəzi kitabxanası tərəfindən təşkil olunub. Festivalın keçirilməsində əsas məqsəd Danimarkada yaşayan müxtəlif xalqları dəstəkləmək və onların mədəniyyəti, incəsənəti, milli geyim və mətbəxi ilə ölkə vətəndaşlarını daha yaxından tanış etməkdir.
Bələdiyyə Şurasının sədri Gitte Kjer-Westermann festivalı açaraq, tədbirin mahiyyətini və əhəmiyyətini vurğulayıb. O, festival iştirakçılarına Azərbaycan musiqisi və mədəniyyəti barədə məlumat verib.
Sonra “Vətən” cəmiyyəti nəzdində fəaliyyət göstərən “Cırtdan” uşaq yaradıcılığı qrupu Azərbaycan musiqisi sədaları altında müxtəlif milli rəqslərimizi ifa ediblər.
Qeyd edək ki, festivalda Azərbaycan guşəsi
tədbir iştirakçılarının xüsusi rəğbətini
qazanıb. “Vətən” cəmiyyətinin nümayəndələri
iştirakçılara Azərbaycan incəsənətinə
aid mədəniyyət və milli geyim nümunələri
nümayiş etdirib, kitablar və milli mətbəximizə
aid şirniyyatlar təqdim ediblər.
Mədəniyyət.- 2015.- 18
noyabr.- S. 16.