“Osmanlı mədəniyyətində
Kərbəla matəmi”
Noyabrın 13-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Türkiyənin Bakıdakı səfirliyinin və Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə “Osmanlı mədəniyyətində Kərbəla matəmi” adlı musiqi axşamı təşkil olunub.
Əvvəlcə qonaqlar Kərbəla müsibətini əks etdirən rəsm sərgisi ilə tanış olublar.
Yunus Əmrə İnstitutunun rektoru Həyati Dəvəli və institutun Bakı filialının direktoru İbrahim Yıldırım çıxış edərək qurumun Azərbaycanda həyata keçirdiyi layihələrdən söz açıblar. Daha sonra Osmanlı mədəniyyətində Kərbəla hadisələrinin əhəmiyyətindən bəhs olunub.
Sonra Türkiyənin “Ayan” musiqi
ansamblının repertuarından müxtəlif mövzulu dini
mahnılar solo və xor ifada təqdim olunub. Türk musiqi və
ədəbiyyatında xüsusi yer tutan “Kərbəla mərsiyələri”
səsləndirilib.
Mədəniyyət.- 2015.- 18
noyabr.- S. 11.