Konstitusiya Günü münasibətilə bölgələrdə tədbirlər

 

12 noyabr - Konstitusiya Günü münasibətilə Hacıqabul rayon Mərkəzi kitabxanasının 1 saylı kitabxana filialı Fariz Cəbrayılov adına 2 saylı tam orta məktəbdə sərgi təşkil edib. Mərkəzi kitabxananın şöbə müdiri Maya Mehdiyeva tədbirdə çıxış edərək bildirib ki, Konstitusiyamız dilindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanda yaşayan bütün vətəndaşların hüquq və azadlıqlarını müdafiə edir.

* * *

Sabirabad rayon M.Ə.Sabir adına Mərkəzi kitabxanada Konstitusiyamızın qəbul olunmasının 20 illiyi ilə əlaqədar tədbir keçirilib. MKS-nin direktoru Eldar Urufov əlamətdar günün tarixindən danışıb. Mədəniyyət İşçiləri Həmkarlar İttifaqları Sabirabad rayon komitəsinin sədri Telman Əzimov, MKS-nin direktor müavini Nəzakət Salmanova və başqalarının çıxışları olub. Sonra MKS-nin direktoru qonaqlara təşəkkürünü bildirib.

* * *

Quba rayon MKS-nin Mərkəzi kitabxanasının oxuculara xidmət şöbəsində 9 noyabr - Dövlət Bayrağı Günü və 12 noyabr - Konstitusiya Günü ilə əlaqədar dəyirmi masa keçirilib. Mərkəzi kitabxananın oxuculara xidmət şöbəsinin müdiri Mehriban Məmmədova əlamətdar günlər haqqında məlumat verib.

Mərkəzi kitabxananın metodika və biblioqrafiya şöbəsinin baş metodisti Faiq Əliyev, kitabxananın əməkdaşı Rübabə Hacıbəyova, Azərbaycan Müəllimlər İnstitutu Quba filialının tələbəsi Günel Əlizadə mövzu ilə bağlı çıxış ediblər. Kitabxananın fəal oxucusu Fatimə Əliyeva şair Ramiz Qusarçaylının “Azərbaycan bayrağı” şeirini söyləyib. Sonda hər iki əlamətdar günlə bağlı sərgilərə baxış keçirilib.

 

Mədəniyyət.- 2015.-  18 noyabr.- S. 7.