Gənc rəssamların “Bir günəş” sərgisi

 

Noyabrın 15-də Bakıdakı “Art Villa” qalereyasında gənc rəssamların “Bir günəş” adlı sərgisinin açılışı keçirilib. Sərgi Gənclər Şəbəkəsi və “Dünya rəssamlığı” incəsənət klubunun birgə təşkilatçılığı ilə gerçəkləşib.

Tədbiri giriş sözü ilə “Dünya rəssamlığı” incəsənət klubunun rəhbəri Elşad İbrahimov açıb. O, sərginin adına diqqət çəkərək bildirib ki, günəş təbiətin ən böyük, əvəzolunmaz maddi xəzinəsi, eyni zamanda sənət aləmi üçün ilham qaynağıdır. Bu odlu kürə təbiət və insanlıq tarixinin başlanğıcı olmaqla yanaşı, bütün varlığı əbədi bir istiqamətə aparan qarşısıalınmaz qüvvədir. Vurğulanıb ki, sərgini keçirməkdə məqsəd az tanınan gənc rəssamlara dəstək olmaq, onların mövzu üzrə çalışmaq bacarıqlarını üzə çıxarmaqdır. Sərgiyə 150 gənc əl işlərini təqdim edib və onlardan 26 rəssamın hərəsinin bir əsəri nümayiş üçün seçilib.

Sonra iştirakçılar sərgi ilə tanış olublar. Əsərləri sərgilənən müəlliflərə sertifikatlar təqdim olunub.

S.Soltanlı

 

Mədəniyyət.- 2015.- 18 noyabr.- S. 6.