ADMİU-da qarmon ifaçılarının konserti

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində musiqi sənəti fakültəsinin xalq çalğı alətləri ifaçılığı kafedrasının baş müəllimi, Əməkdar artist Sərxan Abıyevin tələbələri maraqlı konsert proqramı ilə çıxış ediblər.

III kurs tələbələri Razi Orucov A.Piazzollanın “Libertango”, Kənan Əsədov T.Quliyevin “Qaytağı” əsərini, II kurs tələbələri Məhəmməd Məmmədli V.Vivaldinin “Yay”, Orxan Qarayev V.Adıgözəlovun “Bayram süitası”, Turan İldırımlı H.Rzayevin “Çahargah rapsodiyası”nı, I kurs tələbəsi Aygün Zeynalov S.Ələsgərovun “Şalaxo” işləməsini, Səadət Yusifova, Kənan Əsədov, Razi Orucov birlikdə Q.Qarayevin “Yeddi gözəl” baletindən “Vals”ı çox gözəl ifa ediblər.

Universitetin müəllim və tələbə heyətinin qatıldığı konsertin sonunda çıxış edən Xalq artisti Zamiq Əliyev, kafedranın müdiri Ümid İbrahimov, baş müəllim Sərxan Abıyev tələbələri təbrik edib, onların, xalq musiqisi ilə yanaşı, xarici bəstəkarların əsərlərini də məharətlə ifa etmələrini yüksək qiymətləndiriblər.

 

Mədəniyyət.- 2015.-  18 noyabr.- S. 6.