Kiçik səhnədə
“Sonluğun sonu”
Dövlət Gənc Tamaşaçılar Teatrında fəaliyyət göstərən kiçik səhnə üçün “Sonluğun sonu” adlı yeni tamaşa hazırlanıb. Mərhum dramaturq Rövşən Ağayevin əsəri əsasında psixoloji dram janrında səhnələşdirilən monotamaşanın quruluşçu rejissorları Əməkdar artist Nofəl Vəliyev və aktrisa Güşvər Şərifovadır. Tamaşanın səhnə tərtibatı Zəminə Elbirə, musiqi tərtibatı İradə Muradovaya, işıq effektləri isə Vadim Kuskova və Rafael Xəlilova aiddir.
Teatrın istedadlı aktrisası Güşvər Şərifova tamaşada tənha, qoca və xəstə qadının birgünlük yaşam tərzini, onun acı etiraflarını tamaşaçıya inandırıcı ştrixlərlə çatdırır.
Teatrın direktoru, Əməkdar artist
Mübariz Həmidov bildirib ki, kiçik səhnə
özünə güvənən hər bir yaradıcı
şəxs üçün şansdır. Teatrın istənilən
aktyoru, yaxud rejissoru kiçik səhnədə
özünü sınayıb təsdiq edə bilər.
Kiçik səhnə üçün hazırlanan əsərlərin,
yerli tamaşaçılara təqdimatı ilə
yanaşı, müxtəlif festivallarda nümayiş etdirilməsi
də nəzərdə tutulur.
Mədəniyyət.- 2015.- 18
noyabr.- S. 5.