Xanəndəlik ixtisasının tədrisinə dair ustad dərsləri

 

Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzinin təşkilatçılığı ilə Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində 5-7 noyabr tarixində xanəndəlik ixtisasının tədrisinə dair elmi-metodiki seminar və ustad dərsləri keçirilib.

Tədbir zamanı Şamaxı, Ağsu, Qobustan, İsmayıllı şəhər və rayon uşaq musiqi və incəsənət məktəblərinə ayrı-ayrı ixtisaslar üzrə Elmi-Metodik Mərkəz tərəfindən hazırlanmış yeni tədris proqramları və metodik vəsaitlər təqdim edilib. Seminarda iştirakçı rayonlardan 30-a yaxın xanəndəlik müəllimi iştirak edib, onları maraqlandıran suallara ətraflı cavablar və metodiki tövsiyələr verilib.

Geniş fikir mübadiləsi ilə keçən tədbirin sonunda Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin direktoru Namiq Rzazadə seminara və ustad dərslərinə görə Mədəniyyət və Turizm Nazirliyinin və Elmi-Metodik Mərkəzin rəhbərliyinə təşəkkürünü bildirib.

 

Mədəniyyət.- 2015.- 18 noyabr.- S. 5.