Füzuli Dram
Teatrı hərbçilər qarşısında
çıxış edib
Füzuli Dövlət Dram Teatrı 12 noyabr - Konstitusiya Günü ilə əlaqədar “N” saylı hərbi hissədə tamaşa-tədbir proqramı ilə çıxış edib. Teatrın repertuarında yer alan Nəcəf bəy Vəzirovun “Hacı Qəmbər”, Adışirin Səfərlinin “Fantan ərə gedir”, Məhərrəm Əlizadənin “Toy kimindir?” tamaşalarından səhnəciklər göstərilib.
Tamaşaların quruluşçu rejissoru Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Nizami Süleymanovdur. Rollarda Vaqif Rəhimov, Asif Şirinov, Məryəm Məmmədova, Habil Hacıyev, Əli Hüseynov, Əsmər İbrahimova, Elçin Məmmədov, Qaçaq Qarayev, Nicat Süleymanzadə, Aygün Cəfərova, Sehran Xanlarov və başqaları çıxış edib.
Aktyorların və musiqiçilərin
çıxışları hərbçilər tərəfindən
alqışlarla qarşılanıb.
Mədəniyyət.- 2015.- 18
noyabr.- S. 5.