“Bölgələrdən paytaxta” layihəsində Zaqatala rayonunun təqdimatı

 

Mədəniyyət və Turizm Nazirliyinin “Bölgələrdən paytaxta” layihəsi Bakı sakinlərini Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı, mədəni irsi, adət-ənənələri, turizm imkanları ilə tanış edir. Layihə çərçivəsində növbəti təqdimat Zaqatala rayonuna həsr olunub.

Tədbir Zaqatala Rayon İcra Hakimiyyətinin dəstəyi, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və Zaqatala Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə noyabrın 19-da saat 18:30-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında keçiriləcək.

Xatırladaq ki, 2015-ci il ərzində “Bölgələrdən paytaxta” layihəsi çərçivəsində Masallı, Qəbələ, Quba, Şəki, Gədəbəy, İsmayıllı, Şəmkir və Xaçmaz rayonlarının Bakı şəhərində təqdimatları keçirilib. İlin sonunadək Gəncə şəhərinə həsr edilmiş tədbirin təşkili də nəzərdə tutulur.

 

Mədəniyyət.- 2015.- 18 noyabr.- S. 2.