Beynəlxalq
Turizm Akademiyasının bilik yarışmasında şagirdlərimizin
uğuru
Türkiyənin Antalya şəhərində məktəbli və tələbələr arasında VII beynəlxalq olimpiada keçirilib. 1-8 noyabr tarixində gerçəkləşən bilik yarışması EDUANT Beynəlxalq Turizm Akademiyasının layihəsidir. Hər il olimpiadaya Türkiyə, Azərbaycan, Rusiya, Qazaxıstan, Ukrayna və Belarusdan məktəbli və tələbələr qatılırlar.
Layihənin əsas məqsədi istedadlı gənclərə dəstək vermək, ideya və təcrübə mübadiləsi, müxtəlif ölkələrdən məktəblilər, tələbələr və müəllimlər arasında əməkdaşlığın təşviqidir. Olimpiadanın qalibləri xaricdə xüsusi şərtlərlə təhsil almaq imkanı qazanırlar.
Builki yarışmada Bakı Modern Məktəbinin
komandası uğurla iştirak edib. Turqay Qaybalıyev (VI sinif)
riyaziyyat və ingilis dili fənlərindən qızıl
medal qazanıb. Cəmilə Seyidova (XI sinif) rus dili və
riyaziyyat fənlərindən, Emil Hacıyev, Fərid
İsmaylov, Kamal Xəlilov (VI sinif) ingilis dilindən
bürünc medala layiq görülüblər, Leyla
İsmayılova (VI sinif) isə ingilis dili fənnindən
4-cü yeri tutub.
Mədəniyyət.- 2015.- 20
noyabr.- S. 15.