“Qorxulu
nağıllar” silsiləsindən nağıl saatı
Noyabrın 17-də Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialında görkəmli yazıçı Süleyman Sani Axundovun “Qorxulu nağıllar” silsiləsindən nağıl saatı keçirilib.
Tədbirdə yazıçının
yaradıcılığına nəzər salınıb, onun
Azərbaycan uşaq ədəbiyyatının
inkişafında rolundan danışılıb. Gəncə
şəhər 23 saylı orta məkdəbin şagirdləri
Süleyman Sani Axundovun “Qaraca qız”, “Əhməd və Məleykə”,
“Abbas və Zeynəb”, “Nurəddin” nağıllarını
söyləyiblər.
Mədəniyyət.- 2015.- 20
noyabr.- S. 13.