Milli Dirçəliş Gününə həsr olunmuş tədbirlər

 

Şirvan şəhər Mərkəzi kitabxanasında 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə “Dirçəlişə gedən yol” adlı ədəbi-bədii gecə keçirilib. Tədbiri giriş sözü ilə MKS-nin direktoru İltifat Nəbiyev açaraq iştirakçıları bayram münasibətilə təbrik edib.

21 saylı tam orta məktəbin şagirdlərinin hazırladıqları bayraq haqqında kompozisiya maraqla qarşılanıb. Tədbirdə “Mən Dirçəliş Gününü necə başa düşürəm” adlı inşa müsabiqəsinin nəticələri açıqlanıb, fərqlənənlər diplomla mükafatlandırılıb. Sonda sərgiyə baxış olub.

* * *

Qax rayon S.Vurğun adına Mədəniyyət mərkəzinin təşkilatçılığı ilə 17 noyabr - Milli Dirçəliş Gününə həsr olunmuş ədəb-bədii gecə keçirilib. Mərkəzin mədəni təşkilatçısı V.Mustafayeva, MKS-nin direktoru G.Əhmədova və digər çıxış edənlər 1988-ci ildə başlanan xalq hərəkatından söz açıblar.

Bədii qiraət dərnəyinin üzvləri Xəlil Rza Ulutürkün, Məmməd Arazın, Zəlimxan Yaqubun şeirlərindən ibarət kompozisiya təqdim ediblər. Mədəniyyət evinin bədii rəhbəri Əfraim Yəhyayevin, gənc ifaçılar Abdusalam Şabanov, Möhlüd Muxtarzadə, Türkan Rəşidovanın oxuduqları mahnılar alqışlarla qarşılanıb.

* * *

Sabirabad rayon M.Ə.Sabir adına Mərkəzi kitabxanasında da Milli Dirçəliş Günü ilə bağlı tədbir keçirilib. MKS-nin direktoru Eldar Urufov iştirakçıları əlamətdar gün münasibətilə təbrik edib, Milli Dirçəliş Gününün tarixi haqqında danışıb. Tədbirdə rayonun idarə və təşkilatlarının, Sabirabad Dövlət Sosial İqtisad Kolleci və Mərkəzi kitabxananın işçiləri iştirak ediblər.

 

Mədəniyyət.- 2015.- 20 noyabr.- S. 11.