Xalq şairinin 80
illiyi qeyd olunub
Noyabrın 13-də Ağdaş rayon Mərkəzi kitabxanasının oxu zalında Xalq şairi Fikrət Qocanın anadan olmasının 80 illik yubileyi ilə əlaqədar tədbir keçirilib. Tədbir 65 saylı şəhər kitabxanası və Mərkəzi kitabxana tərəfindən təşkil olunub.
MKS-nin direktoru Seyfəddin Feyzullayev mərasimi
açaraq Fikrət Qocanın poeziyamızdakı yerindən
söz açıb. 65 saylı şəhər
kitabxanasının müdiri Ruhanə İbrahimova şairin həyat
və yaradıcılığı haqqında məruzə ilə
çıxış edib. Ağdaş rayon THT təmayüllü
gimnaziyanın şagirdləri şairin şeirlərini səsləndiriblər.
Tədbirdə şairin sözlərinə yazılmış
mahnılar səsləndirilib.
Mədəniyyət.- 2015.- 20
noyabr.- S. 11.