Uşaqlar bizim gələcəyimizdir

 

Noyabrın 17-də Tərtər rayon Mərkəzi kitabxanasının uşaq şöbəsində “Uşaq hüquqları aylığı” münasibətilə tədbir keçirilib. Tədbirdə çıxış edən MKS-nin şöbə müdiri Ətrabə Süleymanova Azərbaycanın 1992-ci ildə BMT-nin “Uşaq hüquqları haqqında” konvensiyasına, 2002-ci ildə konvensiyanın iki əlavə protokoluna qoşulduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, dövlətimiz uşaqların hüquqlarını qoruyur, onların sağlam inkişafına təminat verir. Tədbirdə mövzu ilə bağlı sərgi nümayiş olunub. Sonda məktəblilər şeirlər söyləyiblər.

 

Mədəniyyət.- 2015.- 20 noyabr.- S. 11.