Milli Dram
Teatrı Minskdə beynəlxalq teatr forumunda
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Belarusun paytaxtı Minskdə MDB gənclərinin II beynəlxalq teatr forumunda təmsil olunur. Səfər Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilaatçılığı ilə baş tutub.
Teatrın mətbuat xidmətindən bildirilib ki, forumda “İlahi oyun” tamaşası təqdim olunacaq. “Kitabi-Dədə Qorqud” dastanının “Dirsə xan oğlu Buğac” boyu əsasında hazırlanmış birhissəli etno-müziklin quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Mustafa Mustafayevdir. Səhnə əsərinin musiqi tərtibatı Vidadi Həsənov və Mikayıl Mikayılova, rəqslərin quruluşu Pərviz Məmmədrzayev və Nigar Güləhmədovaya məxsusdur. Tamaşada əməkdar artistlər Vidadi Həsənov, Pərviz Məmmədrzayev, aktyorlar Nigar Güləhmədova və Novruz Novruzlu çıxış edəcəklər. “İlahi oyun” tamaşası Yanka Kupala adına Belarus Milli Akademik Teatrında təqdim olunacaq.
Qeyd edək ki, forum Beynəlxalq Çexov Teatr
Festivalı çərçivəsində gənc
rejissorların işlərinə baxış məqsədilə
təşkil olunub.
Mədəniyyət.-
2015.- 20 noyabr.- S. 3.