Füzuli Dram Teatrının hərbi-vətənpərvərlik tədbiri

 

Füzuli rayonu Horadiz şəhər stadionunda Müdafiə Nazirliyi və Füzuli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Sənə inanırıq, ölkə rəhbəri, sənə güvənirik, vətən əsgəri!” devizi altında Füzuli Dram Teatrı tərəfindən teatrlaşdırılmış hərbi-vətənpərvərlik bayramı keçirilib. Tədbirdə millət vəkili Bahar Muradova, Müdafiə Nazirliyinin, rayon İcra Hakimiyyətinin rəsmiləri, N saylı hərbi hissənin şəxsi heyəti, ictimaiyyət nümayəndələri iştirak edib.

Teatrın aktyor və aktrisalarının simasında Milli Qəhrəmanlarımızın ruhları, onların ata və anaları, naməlum əsgər obrazı canlandırılıb. Tədbir tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

 

Mədəniyyət.- 2015.- 20 noyabr.- S. 2.